Rusiya: "Tələsik hazırlanmış Bakı-İrəvan sülhü yeni münaqişələr yaradacaq" |
Diplomat onu da vurğulayıb ki, məlum çətinliklərdən ən mühümü Azərbaycanın hüquq sahəsi çərçivəsində Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi və onların hər kəs tərəfindən tanınan hüquqlarına riayət olunması problemidir.
"Tərəflər müvafiq məntiqi 1991-ci il Alma-Ata Bəyannaməsinin effektivliyinin qarşılıqlı təsdiqindən sonra müəyyən ediblər. Sazişin həyata keçirilməsinə beynəlxalq dəstək mexanizmi də tələb olunur ki, bu da Ermənistan və Azərbaycanın siyasi müstəqilliyini və suverenliyini şübhə altına almayacaq. ”, - Qonçar əlavə edib.
O vurğulayıb ki, Rusiya sülh müqaviləsinin hazırlanmasında tərəflərə fəal kömək edir.
"Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya ilə Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli sazişlərin elementlərindən biridir. Rusiya tərəfi bütün səviyyələrdə siyasi-diplomatik kanallardan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana fəal kömək edir. Üçtərəfli sammitlər hər il keçirilir, xarici işlər nazirləri müntəzəm olaraq görüşürlər”, - Rusiya XİN rəsmisi qeyd edib.
Tural Tağıyev
AzVision.az