Ər-Riyad: Arəş qaz yatağı bizə və Küveytə məxsusdur

 Ər-Riyad:  Arəş qaz yatağı bizə və Küveytə məxsusdur
  04 Avqust 2023    Oxunub:1178
Kəngər körfəzində yerləşən “Arəş” qaz yatağında Səudiyyə Ərəbistanı ilə Küveytin işlərə başlaması Tehranın etirazına səbəb olub. Lakin Ər-Riyad bu yatağın məhz bu iki dövlətə məxsus olduğunu açıqlayıb.
AzVision.az
xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər nazirliyinin yeni bəyanatında mübahisəli təbii sərvətlər və Əl-Dorra kimi tanınan Arəş qaz yatağının müstəsna olaraq Ər-Riyada və Küveytə məxsus olduğu bildirilir.

Səudiyyə Ərəbistanının rəsmi “WAS” xəbər agentliyi məlumatına görə, bəyanatda Səudiyyə Ərəbistanı və Küveytin Fars körfəzi bölgəsində dəniz sərhədlərinin müəyyən edilməsi ilə bağlı danışıqlar üçün İrana birgə dəvəti bir daha gündəmə gətirilib.

“Ər-Riyad və Küveyt bir müzakirəçi kimi Səudiyyə Ərəbistanı Krallığı və Küveyt dövləti ilə bölünmüş sualtı ərazinin şərq sərhədi ilə bağlı danışıqlar aparmaq üçün İrandan əvvəlki tələblərini bir daha təkrarlayır. Bu danışıqlar “beynəlxalq hüququn müddəaları və mehriban qonşuluq prinsipləri” əsasında aparılacaq”, - bəyanatda deyilir.

Səudiyyə Ərəbistanı və Küveyt Əl-Dorra adlandırdıqları “Arəş” qaz yatağına sahib olduqlarını birgə iddia edirlər. İran, öz növbəsində, Buşehr əyaləti və Səudiyyə Ərəbistanı və Küveytin şərq sahilləri sərhədləri daxilində yerləşən bu qaz yatağında hüquqlara malik olduğunu vurğulayır.

Dörd ay əvvəl tərəflər arasında dənizdəki bu qaz yatağından istifadə sərhədinin müəyyən edilməsi yönündə aparılan danışıqlar nəticə verməyib.
AzVision.az



Teqlər: Səudiyyə   İran  





Xəbər lenti