İrəvanda saxta “Şengen” düzəldən dəstə saxlanılıb

 İrəvanda  saxta “Şengen”  düzəldən dəstə saxlanılıb
  04 Avqust 2023    Oxunub:1082
Ermənistan Milli Təhlükəsizlik Xidməti qanunsuz miqrasiyanı təşkil etmək üçün saxta sənədlər hazırlayan cinayətkar dəstə aşkarlayıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, cinayət əməli vətəndaşlar səfirliklərə saxta sənəd təqdim edərkən üzə çıxıb: "Araşdırmalar zamanı Aştarak şəhər sakini A.Q. “SS travel” turizm şirkətinin direktoru S.P. və onun bacısı L.P. ilə Z.M., A.M., A.M., E.M. və S.M.-nin qanunsuz miqrasiyasının təşkili barədə razılığa gəliblər. Dəstə saxta sənədlər, saxta doğum və ölüm şəhadətnaməsi üçün 20 min dollar istəyib. Nəticədə vətəndaşlar Şengen vizası aldıqları Avropa ölkələrindən birinin səfirliyinə saxta sənədlər təqdim ediblər".

Cinayət işi üzrə 5 təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti