Rusiya XİN erməni səfiri təriflədi: "Ondan tam razıyıq"
"Görünür, kimsə Rusiya-Ermənistan münasibətlərinə xələl gətirməklə öz maraqlarını üzə çıxarmaq istəyir. Təbii ki, Ermənistanın Rusiyadakı səfirinin dəyişdirilməsi İrəvanın müstəsna səlahiyyətindədir, lakin Rusiya tərəfi tamamilə V.V.Arutyunyanla qarşılıqlı fəaliyyət səviyyəsindən razıdırlar”, - mənbə bildirib.
Bundan əlavə, Moskvanın da Ermənistandakı diplomatik missiyaya yeni rəhbər təyin etmək planı yoxdur.
Xatırladaq ki, ötən gün “Hraparak” qəzeti Ermənistan hakimiyyətinin Rusiyadakı səfirin dəyişdirilməsi məsələsini müzakirə etdiyinə dair məqalə dərc edib. Səbəb kimi Moskvanın ondan narazı olması göstərilib. Həmçinin qeyd olunub ki, Vaqarşak Arutyunyanın dəyişdirilməsi məsələsi uzun müddətdir müzakirə olunur və erməni tərəfi bu posta parlamentin hazırkı deputatı, “Vətəndaş müqaviləsi” fraksiyasından olan Qurgen Arsenyanın namizədliyini istəyir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Səfir