Pensiyalarla bağlı yenilik

Pensiyalarla bağlı yenilik
  05 İyun 2014    Oxunub:779
Azərbaycanda yeni qeyri-dövlət pensiya insitutları fəaliyyət göstərəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə dövlət sosial müdafiə fondunun sədri Elman Mehdiyev deyib. O bildirib ki, bununla bağlı DSMF və Avropa İttifaqının birgə layihə həyata keçirir.

“Layihənin əsas məqsədi sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institunlarının formalaşdırılması üçün qanunvericiliyin hazırlanmasıdır. Layihə 2015-ci ilin noyabr ayına kimi davam edəcək. Avropa İttifaqı tərəfindən əsas icraçıları Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyidir. Əsasə məqsəd Avropa prinsipləri əsasında qanunvericilik bazasının hazırlanmasıdır. Məhz bu məqsədlə Avropa Birliyi ilə birgə layihəyə start veririk”.

Sədr bildirib ki, qeyri-dövlət pensiya insitutları maliyyə bazarında dövlətdən kənar olaraq fəaliyyət göstərən qurumlardır. E.Mehdiyev bu qurumların dövlətin məcburi sosial sığorta sahəsində idarəetmə funksiyasına heç bir aidiyyatının olmadığını söyləyib: “Bəzən fikirlər səslənir ki, DSMF və bu qurumlar maliyyə bazarında rəqib olacaqlar. Bu fikirlə razılaşmırıq. DSMF qanunvericiliyin müəyyən etdiyi məcburi dövlət sosial sığortalanması və əhalinin əmək pensiyasının təminatını reallaşdıran dövlət orqanıdır. Qeyri-dövlət pensiya insitutları isə könüllülük prinsipləri əsasında sosial sığorta bazarında fəaliyyət göstərəcək”.


Teqlər:





Xəbər lenti