"Putin avqustda Türkiyəyə gələcək" - Ərdoğan

   "Putin avqustda Türkiyəyə gələcək" -    Ərdoğan
  04 Avqust 2023    Oxunub:995
“Fikrimcə Rusiya Prezidenti Vladimir Putin avqust ayında Türkiyəyə səfər edəcək”
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib. O səfərin dəqiq tarixinin müəyyən edilmədiyini qeyd edib:

"Xarici işlər naziri, kəşfiyyat lideri, hamısı danışıqlar aparır. Bu danışıqlar çərçivəsində fikirləşirəm ki, səfər avqust ayında reallaşacaq".

Ərdoğan deyib ki, Türkiyə və Rusiyanın "Taxıl sazişi" ilə bağlı eyni mövqedən çıxış edirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti