İran parlamentinə seçkilərdə namizədliyə dəvətlə bağlı “milyonlarla” SMS göndərilir
Məlumatların qeydə alınmasının bu üsulu İran parlamentində bu il təsdiq edilmiş yeni seçki qanunu əsasında həyata keçirilir.
“Əvvəllər etiraz edirdilər ki, niyə namizədlərin sayı çoxdur. İndi onlar milyonlarla sms göndərərək insanlardan seçkiyə qatılmalarını xahiş edirlər”, - siyasi analitik Abbas Əbdi deyib.
Parlament seçkilərində iştirak etmək üçün kütləvi şəkildə SMS göndərilməsinə reaksiya verən istifadəçilərdən biri isə bunu hakimiyyətin demokratiya oyunu kimi dəyərləndirib.
- Partiyaların olmadığı və partiyadaxili siyasi rəqabətin qeyri-bərabərliyi şəraitində layiqli şəxsi seçmək üçün Daxili İşlər nazirliyi milyonlarla insana sms göndərir ki, onlar seçkiyə yazılsınlar və biz buna demokratiya deyirik”, - istifadəçi yazıb
Bundan əvvəl İranın Daxili İşlər naziri Əhməd Vəhidi Məclis seçkilərinə öncədən qeydiyyatla bağlı ilkin qeydiyyat üçün müraciət etməyənlərin könüllü olmaq imkanını itirəcəklərini açıqlamışdı.
AzVision.az