Britaniya bankları irqçiliyə görə "qara" sözündən imtina edir

   Britaniya bankları irqçiliyə görə    "qara"    sözündən imtina edir
  04 Avqust 2023    Oxunub:1335
Maliyyə sektorunda 300-dən çox şirkəti təmsil edən Britaniya ticarət assosiasiyası "UK Finance" "qara" sifətininin istifadə olunduğu terminləri siyasi cəhətdən daha düzgün variantlarla əvəz etməyi təklif edib.
Bu barədə təşkilatın saytında dərc olunmuş hesabatda deyilir.

“Hesabat bir sıra tez-tez istifadə olunan terminlər üçün alternativ əvəzetmələr təklif edir. Məsələn, "qara bazar" və "ağ siyahı" kimi irq və ya etnik mənsubiyyətlə əlaqəli ifadələr müvafiq olaraq "qanunsuz bazar" və ya "icazə verilmiş siyahı" ilə əvəz edilə bilər".

Bundan əlavə, “qara siyahı”nın əvəzinə “bloklanmış siyahı” , kibertəhlükəsizlik sahəsində geniş yayılmış “qara papaq” ifadəsinin əvəzinə hakerlərə münasibətdə “pis niyyətli” ifadəsinin işlədilməsi təklif edilir.

Hesabatı assosiasiya Ernst & Young konsaltinq şirkəti və Microsoft korporasiyası ilə birlikdə tərtib edib.

Hakim Mühafizəkarlar Partiyasından olan deputat Naycel Mills daha əhatəli terminlərin tapılması təkliflərini tənqid edib.

"Bankirlər bu siyasi cəfəngiyyata deyil, ölkənin iqtisadiyyatına diqqət yetirməlidirlər", - deyə Times onun sözlərindən sitat gətirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti