Nigerdə Qərbi Afrika Mərkəzi Bankının filialları bağlandı

   Nigerdə Qərbi Afrika Mərkəzi Bankının filialları bağlandı
  04 Avqust 2023    Oxunub:1198
Qərbi Afrika Dövlətlərinin Mərkəzi Bankı növbəti xəbərdarlığa qədər Nigerdəki filiallarını bağladığını elan edib. Bu barədə Seneqalın Agenz de Presse xəbər agentliyi məlumat yayıb.
"Mümkün risklərə görə Qərbi Afrika Dövlətlərinin Mərkəzi Bankının Nigerdəki əsas və köməkçi filialları növbəti bildirişə qədər bağlı qalacaq", - məlumatda deyilir.

İyulun 26-da Niger prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb.

İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.

İyulun 27-də BMT-nin baş katibi Antonio Quterreş üsyanı dayandırmağa və prezident Bazumu azad etməyə çağırıb. Üsyan ABŞ və Avropa İttifaqında da pisləndi. Rusiya münaqişə tərəflərini dialoqa çağırıb.

İyulun 28-də prezident qvardiyasının keçmiş rəisi, general Abduraxman Tçiani çevrilişi həyata keçirən hərbçilər adından özünü Vətəni Xilasetmə Milli Komitəsinin rəhbəri elan edib.

Bundan əvvəl qiyamçıların başçısı xarici müdaxilə halında Nigerdə ​​“qırğın və xaos” olacağını proqnozlaşdırmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti