Qəzaya düşənlərə pul veriləcək

Qəzaya düşənlərə pul veriləcək
  05 İyun 2014    Oxunub:891
Bu gün səhər saatlarında bir neçə minik maşınını əzən avtobusun sürücüsü işə tələsirmiş.
Belə ki, Nərimanov heykəlinin yaxınlığında Yaqub Azər oğlu Qasımovun idarə etdi “Daewoo” markalı, 90 MO 168 dövlət nömrə nişanlı avtobusun sürücüsü sürətlə hərəkət edərkən əyləc sistemi işləməyib.

Beləliklə də, 83 saylı marşrutla hərəkət edən sərnişin avtobusu 3 avtomobilə çırpılıb. Qəza nəticəsində avtobusun sürücüsü yaralanıb. Lakin xəsarətləri ciddi olmadığı üçün xəstəxanaya göndərilməyib.

Avtobus xəttinin sahibkarı Hikmət Bağırovun verdiyi məlumata görə, hazırda həmin avtobus təmirə göndərilib. Ziyan çəkən vətəndaşlara isə kompensasiya veriləcək. Məsələyə isə şəxsən nəzarət edir. (Anspress)


Teqlər:  





Xəbər lenti