Mirqədirovun şikayəti təmin edilmədi
Vəkil bildirib ki, R. Mirqədirovun müdafiə hüququnun məhdudlaşdırılması barədə müstəntiq İbrahim Ləmbəranskinin verdiyi qərarla bağlı apellyasiya şikayətinə isə iyunun 6-da baxılacaq.
Qeyd edək ki, istintaqı aparan müstəntiq İbrahim Ləmbəranski tərəfindən Rauf Mirqədirova ailə üzvləri ilə görüşə, telefon əlaqəsi yaradılmasına və istədiyi qəzetləri almasına qadağa qoyulub. Həmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət edilib.
Lakin məhkəmə şikayəti təmin etmədiyi üçün qərardan apellyasiya şikayəti verilib.







Vaxtında, Aydın, Lazımlı!


