İmran Xan 3 il azadlıqdan məhrum edildi

   İmran Xan 3 il azadlıqdan məhrum edildi
  05 Avqust 2023    Oxunub:1487
Pakistanın keçmiş baş naziri İmran Xan üç il müddətinə azadlıqdan məhrum edilib
AzVision.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Keçmiş hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmə həmçinin onu 100 min rupi (1209 dollar) məbləğində cərimə ödəməyə məcbur edib. O, Kot Lakhpat həbsxanasına köçürülüb
Qeyd edək ki, bu ilin 9 mayında İmran Xan barəsində irəli sürülmüş korrupsiya ittihamları ilə bağlı məhkəmə iclasında iştirak etmək üçün gələn zaman silahlı polislər tərəfindən saxlanılıb.

Həbs edilməsindən sonra İmran Xanın lideri olduğu Təhrik-i-İnsaf partiyası tərəfdarlarını etiraz etməyə çağırıb. Bundan bir neçə saat sonra Lahor, Kəraçi və Pişəvər də daxil olmaqla bir sıra şəhərlərdə zorakılıq halları baş qaldırıb.

Mayın 11-də Pakistan Ali Məhkəməsi sabiq Baş nazir İmran Xanın həbsini qanunsuz elan edib.

Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.

Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti