Nigerdə üsyançılar 6 naziri girov götürüblər

   Nigerdə üsyançılar 6 naziri girov götürüblər
  05 Avqust 2023    Oxunub:1182
Nigerdə ​​üsyançıları maliyyə naziri Ahmat Jidoud və planlaşdırma naziri Rabiu Abdou da daxil olmaqla 6 naziri tutublar.
AzVision.az xəbər verir ki, bu barədə ActuNiger portalı ölkənin devrilmiş prezidentinin partiyasının "Niger Respublikasında Demokratiya və Sosializm Partiyası"nın bəyanatına istinadən xəbər verir.

"Niger prezidenti Mohamed Bazum və ailəsi iyulun 26-dan bəri Prezident Qvardiyasının girovluğundadır. Digər siyasi xadimlər də qeyri-qanuni olaraq saxlanılır, o cümlədən maliyyə naziri Əhməd Cidud və planlaşdırma naziri Rabiu Abdou”, – partiyanın bəyanatında deyilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti