"Rusiyasız Ukrayna ilə bağlı qərarlar absurd olardı" - Zaxarova
Bundan əvvəl Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi məlumat vermişdi ki, ölkə hakimiyyəti Ukrayna ilə bağlı məsləhətləşmələr aparmaq niyyətini təsdiqləyib.
Agentliyin məlumatına görə, görüş avqustun 5-6-da Ciddədə keçiriləcək. Məsləhətləşmələrin milli təhlükəsizlik müşavirləri səviyyəsində aparılacağı vurğulanır.
Görüşün "fikir mübadiləsi, koordinasiya və böhranın həllinin təmin edilməsi yollarına dair beynəlxalq səviyyədə müzakirələr vasitəsilə dialoq və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi" ümid edilir.
Çinin Ciddədə Ukrayna ilə bağlı danışıqlarda iştirak edə biləcəyi də bildirilib.
AzVision.az
Teqlər: