İsveç Qurana görə qanunvericiliyini dəyişdirir

   İsveç Qurana görə qanunvericiliyini dəyişdirir
  05 Avqust 2023    Oxunub:1376
İsveçin xarici işlər naziri Tobias Billström İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin səfirləri ilə görüş keçirib.
Görüş zamanı nazir Qurani-Kərimin nüsxələrin yandırılması və ölkədə baş verən təzahürlərlə bağlı İsveç hakimiyyətinin mövqeyini izah edib:

"Etibarın bərpası yavaş bir prosesdir. Mandatımın əhəmiyyətli hissəsini müsəlman ölkələri ilə münasibətlərin qurulmasına həsr edəcəyəm. Mən bu ölkələrə səyahət etmək niyyətindəyəm və hələ sentyabr ayında Nyu-Yorkda BMT-nin (Baş Assambleyanın yüksək səviyyəli sessiyası) həftəsi zamanı onları danışıq və dialoqa dəvət edəcəyik".

O əlavə edib ki, İsveç hakimiyyəti Qurana zidd hərəkətləri pisləyir və krallığın bu cür nümayişlərin təşkilinə icazə verən qanunvericiliyinin dəyişdirilməsini nəzərdən keçirməyə hazırdır. Billstrom səfirlərlə görüşün müsbət mənada keçdiyini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti