Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  05 İyun 2014    Oxunub:1030
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 6-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, əsasən yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında iyunun 6-da havanın temperaturu 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 16-21, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti