Castin Trüdo boşandı

   Castin Trüdo boşandı
  05 Avqust 2023    Oxunub:1774
Kanadanın baş naziri Castin Trüdo 18 illik həyat yoldaşı Sofidən boşanıb. “Uzun və mürəkkəb müzakirələrdən sonra biz ayrılmaq qərarına gəldik”,- deyə 51 yaşlı Trüdo “İnstagram” hesabında yazıb.
O bildirib ki, ayrılsalar da, keçmiş həyat yoldaşı ilə bir-birinə böyük sevgisi və ortaq keçmişlərinə hörməti olan iki doğma insan kimi qalacaqlar.

Baş nazirin ofisinin yaydığı məlumatda deyilir ki, keçmiş cütlük artıq ayrı yaşamağa başlayıb. Hazırda boşanma ilə bağlı hüquqi prosedurlar yerinə yetirilir. Trüdolar əmlak bölgüsü və uşaqların himayəsi kimi məsələləri həll etməlidirlər.

Qeyd edək ki, Castin Trüdo 2005-ci ildə jurnalist Sofi Qreqori ilə ailə həyatı qurmuşdu. Onların 15, 14 və 9 yaşlarında 3 övladları var.

Samir Quliyev




Teqlər: Kanada  





Xəbər lenti