Türkiyə taxıl müqaviləsini bərpa etmək üçün səy göstərir - KİV

   Türkiyə taxıl müqaviləsini bərpa etmək üçün səy göstərir -    KİV
  06 Avqust 2023    Oxunub:1110
Türkiyə kənd təsərrüfatı məhsullarının Qara dəniz humanitar dəhlizinə ixracı üçün alternativ variantları dəstəkləmir və taxıl müqaviləsini əvvəlki formatda bərpa etmək üçün fəal səylər göstərir.
Bu barədə “Sabah” qəzeti hökumətdəki mənbələrə istinadən yazır. Qəzetin məlumatına görə, bu məqsədlə Ankara mövcud taxıl dəhlizinin fəaliyyətini bərpa etmək ümidi ilə İstanbul razılaşmalarının tərəfləri kimi BMT, Rusiya və Ukrayna nümayəndələri ilə diplomatik əlaqələri davam etdirir.

Türkiyə İstanbulda Birgə Koordinasiya Mərkəzinin fəaliyyət göstərməsini dəstəkləyir və Rusiya nümayəndə heyətinin ona qayıtmasına ümid edir.

“Sabah” yazır ki, Türkiyə əvvəlki formatda taxıl sazişinin bərpasının onun əsas missiyasının həyata keçirilməsinə töhfə verəcəyini və Qara dəniz hövzəsində gərginliyə imkan verməyəcəyini düşünür.

Türkiyədəki mənbə daha əvvəl TASS-a bildirib ki, Qara dəniz dəhlizinin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına daşınması üçün digər variantlardan daha ucuz olduğunu nəzərə alsaq, taxıl müqaviləsinin bərpası şansları realdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti