Gürcüstanda torpaq sürüşməsi: 18 nəfər ölüb

 Gürcüstanda torpaq sürüşməsi:   18 nəfər ölüb
  06 Avqust 2023    Oxunub:3561
Gürcüstanın Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatları nəticəsində daha bir nəfərin meyiti avqustun 6-da səhər saatlarında tapılıb.

Ümumilikdə 12 vətəndaşın meyitinin şəxsiyyəti müəyyən edilib. Hazırda 17 nəfər itkin düşmüş hesab olunur.

Şovidə xilasetmə əməliyyatında 400 xilasedici və 200 hərbçi iştirak edir. Sərhəd polisinin helikopterləri və xüsusi texnikası cəlb olunub.

Şovi müalicəvi kurort ərazisi dəniz səviyyəsindən 1,5 min metr yüksəklikdə yerləşir. Avqustun 3-də sürüşmə baş verib. Nəticədə körpülər dağılıb, Şovinin girişindəki yola ziyan dəyib.

Xilasedicilər 210 nəfəri təxliyə ediblər. Gürcüstanda avqustun 7-si matəm günü elan edilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti