Moskvaya dron hücumu: "Vnukovo"da uçuşlar dayandı

      Moskvaya dron hücumu:    "Vnukovo"da uçuşlar dayandı
  06 Avqust 2023    Oxunub:1691
Bu gün saat 11:00 radələrində Moskvaya PUA hücumu olub. Bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında məlumat verib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynaya məxsus PUA Moskva vilayətinin Podolski rayonunda hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Hücum nəticəsində tələfat və dağıntı olmayıb. “Yandex.Cədvəl” xidmətinin məlumatlarına görə, hazırda Moskvanın “Vnukovo” hava limanında azı 22 reys gecikir, ikisi isə ləğv edilib.

Hava limanı təyyarələrin qəbulunu və buraxılışını müvəqqəti dayandırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti