İtaliya Nigerdəki hərbçilərinin sayını azaldır
İtaliya Müdafiə Nazirliyi gələn həftə Nigerdən daha bir neçə uçuşun planlaşdırıldığını bildirdi. Səlahiyyətlilərin məlumatına görə, hazırda ölkədə 250 italyan hərbçisi qalır.
Bundan əvvəl İtaliya Niameydən 36 vətəndaşını təxliyə edib.
İyulun 26-da bir qrup nigeriyalı hərbçi üsyan qaldıraraq prezident Mohamed Bazumun vəzifədən uzaqlaşdırıldığını, sərhədlərin bağlandığını, komendant saatının tətbiq edildiyini, konstitusiyanın və partiyaların siyasi fəaliyyətinə qadağa qoyulduğunu elan etdi.
Ölkəni idarə etmək üçün iyulun 28-də general Əbdürrəhman Çianinin rəhbərlik etdiyi Vətənin Qurtuluşu Milli Şurası yaradılıb. Qərbi Afrika İqtisadi Birliyi çevrilişi pisləyib və üsyançılara konstitusiya hakimiyyətini bərpa etmək üçün bir həftə vaxt verib. Əks halda, birliyin üzvləri güc tətbiqinə qədər tədbirlər görəcəklərini vəd edirlər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: