Pakistanda qatar qəzası: 30 ölü + VİDEO

   Pakistanda qatar qəzası:    30 ölü + VİDEO
  06 Avqust 2023    Oxunub:1122
Sind əyalətində (Pakistan) Hazara Express qatarının relsdən çıxması nəticəsində azı 30 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Komissar Abbas Bəluçun sözlərinə görə, yıxılanvaqolarda hələ də sərnişinlər var. Hazırda Sind əyalətində qatarların hərəkəti dayandırılıb.

Dəmir yolu səlahiyyətliləri, bərpa işlərinin 18 saata qədər çəkə biləcəyini deyib. Xilasetmə işlərinə ordu helikopterləri də göndərilib. Pakistan ordusunun xilasetmə əməliyyatı bütün yaralılar xəstəxanaya çatdırılana və vaqonlarda sıxışmış insanlar tapılana qədər davam edəcək.



Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti