Yük maşını binaya çırpıldı, 10 nəfər öldü

Yük maşını binaya çırpıldı,    10 nəfər öldü
  07 Avqust 2023    Oxunub:1149
Tacikistanın cənubundakı Kulyab şəhərində dəhşətli yol qəzası baş verib.
Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin yaydığı məlumata görə, qəza nəticəsində 10 nəfər ölüb, 14 nəfər yaralanıb,

Qeyd edilir ki, hadisə Düşənbə-Kulyab-Xoroq avtomobil yolunda baş verib. “Dulan” markalı yük maşını bir neçə avtomobilə dəydikdən sonra evlə də çırpılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yük avtomobilinin əyləc sistemi nasaz olub.
Tural Tağıyev
AzVision.az



Teqlər: Tacikistan  





Xəbər lenti