“Daily Express” Rusiyanın Çin və KXDR-lə mümkün ittifaqından yazdı |
O, əlavə edib ki, Şimali Koreya liderinin müdafiə müəssisələrinə səfərinin bir neçə nümayişkaranə məqsədi olsa da, əsas məsələ onların silah satmaq imkanlarının geniş olmasını göstərməkdir.
Qeyd edək ki, bundan öncə Şimali Koreya lideri Kim Çen In döyüş sursatı və pilotsuz təyyarələrin istehsalı zavodlarının fəaliyyətini yoxlamışdı.
Strateji qanadlı raketlər və zərbə pilotsuz təyyarələri üçün mühərriklər istehsal edən zavodda olan Kim Çen In bu müəssisələrin Şimali Koreyanın təhlükəsizliyinin təmin edilməsində və müdafiə sənayesinin inkişafında aparıcı rol oynadığını deyib. Bəzi xarici KİV isə Rusiya müdafiə nazirinin Şimali Koreyaya səfərinin məhz bu ölkədən kütləvi silah sursat almaq istəyi ilə əlaqələndirib.
Tural Tağıyev
AzVision.az