Rusiya və İran hərbi sahədə əməkdaşlığı inkişaf etdirir

Rusiya və İran hərbi sahədə əməkdaşlığı inkişaf etdirir
  07 Avqust 2023    Oxunub:911
İranın Ticarət Nazirliyində “İran və Rusiya arasında təyyarə və helikopterlərin əsaslı təmiri və istehsalı sahəsində əməkdaşlığın inkişafı üçün həll yolları və zəruri infrastruktur obyektlərinin nəzərdən keçirilməsi” mövzusunda ekspertlər səviyyəsində iclas keçirilib.
Görüşdə Rusiya Federasiyasının sənaye və ticarət nazirinin aviasiya üzrə müavini Andrey Boqinski və İranın sənaye və ticarət nazirinin nəqliyyat üzrə müavini Manuçe Manteqi iştirak ediblər.

Görüş zamanı İran və Rusiya arasında təyyarə və helikopterlərin əsaslı təmiri və istehsalı sahəsində əməkdaşlıq üçün lazımi infrastrukturun inkişafı ilə bağlı razılıq əldə olunub.
Rusiyanın sənaye və ticarət nazirinin aviasiya üzrə müavini Andrey Boqinski deyib ki, iranla təyyarə və helikopterlərin əsaslı təmiri və istehsalı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi vacibdir.

Planlaşdırılan proqrama əsasən, Rusiya nümayəndə heyəti İranın aviasiya və müdafiə sənayesinə baş çəkərək, onların imkanları ilə tanış olacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti