Şimali Koreya silah ixrac edə bilər

Şimali Koreya silah ixrac edə bilər
  07 Avqust 2023    Oxunub:1170
Koreya Respublikasının (Cənubi Koreya - Red) Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi Ko Byonq Sam bildirib ki, KXDR lideri Kim Çen Inın müdafiə zavodlarına səfəri Şimali Koreyanın silah ixracına başlamağa hazır olması ilə əlaqələndirilə bilər.
“Görünür, Şimalın bir neçə motivi var idi: müdafiə nailiyyətlərinin nümayişi, Koreya Respublikası və ABŞ-ın birgə təlimlərinə reaksiya və hətta silah ixracı”-deyə, o bildirib.

O, əlavə edib ki, Şimali Koreya liderinin müdafiə müəssisələrinə səfərinin bir neçə nümayiş məqsədləri ola bilər, lakin o, silah satmaq qabiliyyətinin nümayişini əsas hesab edir.

AzVision.az


Teqlər:





Xəbər lenti