Ukraynalı teleaparıcı Rusiyada axtarışa verilib

Ukraynalı teleaparıcı Rusiyada axtarışa verilib
  07 Avqust 2023    Oxunub:964
Ukraynalı teleaparıcı Yanina Sokolova Rusiyada axtarışa verilib.
Bu barədə məlumat Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarışda olan şəxslərin məlumat bazasında yer alıb. Qeyd olunub ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Sokolovanın rusofob bəyanatlarından sonra onunla bağlı araşdırma aparılıb. Sokolovaya qarşı Rusiya ordusunu nüfuzdan saldığına görə cinayət işi açılıb.

2022-ci ilin avqustunda RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Batrykin Sokolovanın “rus xalqını öldürmək” çağırışlarına görə ona qarşı işin başlanmasına dair göstəriş verib. Sokolova NTA telekanalının efirində Rusiya xalqının milli zəmində öldürülməsinin zəruriliyi ilə bağlı mövqeyini ifadə edərək, “amansız məhvə” çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti