İrəvanda atışma olub, 1 nəfər ölüb
Qeyd edilir ki, baş nahiyəsindən güllə yarası alan şəxs xəstəxanaya çatdırılıb.
"Astgik tibb mərkəzindən polisə məlumat daxil olub. 39 yaşlı Arsen Hovsepyan özünə gəlmədən tibb müəssisəsində dünyasını dəyişib", - nəşr yazıb.
Yerli saytlar yazır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda silahlı insidentlərin sayı xeyli artıb. Bunu Qarabağdan qayıdan döyüşçülərin çoxunun özü ilə silah daşımasıyla əlaqələndirirlər.
Tural Tağıyev
AzVision.az
Teqlər: İrəvan