Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
  07 Avqust 2023    Oxunub:1190
Danimarkanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Danimarka və İsveçdə Qurani-Kərimi təhqir edənlərlə bağlı etiraz bildirilib.
AzVision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani briffinq zamanı deyib.

“Bu səhər Qurani-Kərimin dəfələrlə təhqir olunmasına etiraz olaraq Danimarkanın Tehrandakı səfiri Qərbi Avropa üzrə departamentinin rəhbəri tərəfindən nazirliyə çağırılıb... İranın Danimarka səfirinə sərt etirazı bildirilib”, - Kənani qeyd edib.

Kənani vurğulayıb ki, İran Quranın təhqir olunmasını “yararsız İsrail layihəsi” sayır.

Xatırladaq ki, son zamanlar İsveç və Danimarkada müsəlmanlar üçün müqəddəs kitab sayılan Quranın təhqir edilməsi və yandırılması ilə bağlı bir neçə aksiya keçirilib. İslam Ölkələri Təşkilatı və onun bir çox üzvü bu cür hərəkətləri kəskin şəkildə pisləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Quran   İran  





Xəbər lenti