Bella Hadid ağır xəstlikdən sonra - FOTOLAR

   Bella Hadid ağır xəstlikdən sonra -    FOTOLAR
  07 Avqust 2023    Oxunub:1402
Amerikalı top-model və "Victoria's Secret"in mələyi Bella Hadid (Bella Hadid) 100 gün ərzində Laym xəstəliyinin kəskinləşməsi ilə mübarizə apardıqdan sonra necə göründüyünü nümayiş etdirib.
Ulduza bu xəstəliklə bağlı 2012-ci ildə diaqnoz qoyulub. Bir neçə ay əvvəl o, müalicəyə başlayaraq ictimaiyyət arasına çıxmağı dayandırıb. Keçən həftə modelin böyük bacısı Gigi Hadid onun sağaldığını elan edib.

"Ən müsbət şəkilləri seçməyə çalışdım. Bu təcrübə nə qədər ağrılı olsa da, nəticə həyatımdakı ən ibrətamiz hadisə oldu. O, mənə yeni dostlar qazandırdı, mənə yeni düşüncələr bəxş etdi",-deyə model fotolarını paylaşıb.

Hadid əmin edib ki, səhhətindəki problemlərə görə ümidini itirməyib. Onun sözlərinə görə, müalicənin nəticəsi o qədər yaxşıdır ki, çəkdiyi əzab və ağrıdan peşman deyil.

O, azarkeşlərə, agentlərinə və həkim heyətinə təşəkkür edib.

"Bu nəticəyə çatmaq üçün bütün bunları təkrar etməli olsaydım, yenə də keçərdim. Bu, məni bu günki "mən" etdi".











Şahanə Rəhimli
AzVision.az


Teqlər: BellaHadid  





Xəbər lenti