İranın xarici işlər naziri: "Rusiyaya PUA vermirik"

   İranın xarici işlər naziri:    "Rusiyaya PUA vermirik"
  07 Avqust 2023    Oxunub:1206
İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan Rusiyaya pilotsuz təyyarələrin çatdırılması ilə bağlı iddiaları təkzib edib.
O, eyni zamanda qeyd edib ki, məhz Qərbin Ukraynanı silahla təmin etməsi münaqişənin dərinləşməsinə gətirib çıxarır.

“Ukraynadakı münaqişə zamanı biz heç vaxt Rusiyaya İranın pilotsuz uçan aparatlarını və ya silahlarını verməmişik”, - Abdullahian deyib.

Bununla belə, nazir qeyd edib ki, Rusiya İran üçün mühüm ölkə sayılır: "Bizim Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq əlaqələrimiz var".

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti