“Müsəlmanı öldürən kafirdir”

“Müsəlmanı öldürən kafirdir”
  05 İyun 2014    Oxunub:1046
“Hec bir qardaşın qanı qardaşa halal deyil. Müsəlman deyən bir şəxsi öldürən kafirdir. istər hansı tərəfdə olursa olsun”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qmi sədri Şeyx Hacı Allahşükür Paşazadə Suriyadakı döyüşlərdən, müsəlmanlar arasında yaradılan qarşıdurmalardan danışarkən deyib:

Şeyxin sözlərinə görə, müsəlamı qətlə yetirən şəxslər kafirdirlər.

“Suriyanı götürəndə bir , o da müsəlmandır , o da “Allahu Əkbər” deyir, bu da “Allahu Əkbər” deyir. Bunu yaradan kimdir? Bu münaqişələri, ziddiyyətləri yaradan qüvvələr əlbəttə ki, məqsədli şəkildə yaradırlar, dinlərarasında dövlətlər arasında, müsəlmanlar arasında qarşidurmaya salırlar.

Mən elə bilirəm ki, bəzi müsəlmanlar bunu hiss edirlər. Bəziləri də bilmirlər. Ümumən göturəndə islamafobiya, öldürmək bu İslamda yoxdur. Heç bir qardaşın qanı qardaşa halal deyil. Müsəlman deyən bir şəxsi öldürən kafirdir. İstər hansı tərəfdə olursa olsun. Bu məsələ o şəxsləri qane edir ki, onlar müsəlman qanına suyulan, xüsusən Qərb dövlətləri bu məsələdə daha çox özləri olmasalar da, iştirakçıları davamçıları orda iştirak edir. Və bu bir-birinə qarşıqoyma imkanı yaradır”.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti