Ukrayna daha 22 əsiri geri qaytardı - VİDEO

   Ukrayna daha 22 əsiri geri qaytardı -    VİDEO
  07 Avqust 2023    Oxunub:1290
Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak öz Telegram kanalında 22 hərbçinin əsirlikdən ölkəyə qayıtdığını bildirib.
Məlumatda deyilir ki, müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak edən 2 zabit, həmçinin 23-54 yaşlı sıravi və çavuşlar geri qaytarılıb.

Yermak əlavə edib ki, əsgərlərdən bəziləri yaralıdır. Qeyd olunur ki, qayıtdıqdan sonra bütün döyüşçülər həkimlərin dəstəyi ilə fiziki və psixoloji reabilitasiya kursundan keçəcək və lazımi müalicə alacaqlar.

Qeyd edək ki, iyun ayında Rusiya hərbçiləri Kraken bölməsində döyüşən boks üzrə Ukrayna çempionu Andriy Prixodkonu əsir götürüblər.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna   əsir  





Xəbər lenti