İrəvanda əlil uşaqları akvaparka buraxmadılar
Qeyd edək ki, məlum hadisə Hasmik Soqomonyan adlı şəxsin bir qrup əlil uşaqla Vanadzordan xüsusi olaraq Jrashkhar akvaparkında dincəlmək üçün gəlməsini bəyan etdikdən sonra gündəm oldu. Çünki qonaqları məkana burxmayıblar və səbəb kimi göstəriblər ki, həmin uşaqlar ziyarətçilərə mane ola bilərlər.
"Bərabərlik və inklüzivlik hara yoxa çıxdı?",- o sual edib.
Amma maraqlıdır ki, daha sonra Soqomonyan hadisənin “Craşxar” akvaparkında deyil, “Aquatek” qapalı hovuzunda baş verdiyini bəyan edib. Saytlar isə yazırlar ki, əslində hər iki obyekt eyni adama məxsusdur və bir direktor tərəfindən idarə olunur.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan