Sloveniyada daşqınlar: 6 nəfər öldü

Sloveniyada daşqınlar:    6 nəfər öldü
  07 Avqust 2023    Oxunub:1047
Sloveniyanın mərkəzində, şimal, şərq və qərb bölgələrində sel nəticəsində 6 nəfər həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge əvvəllər tviter kimi tanınan “X” sosial media platformasında Sloveniyada baş verən son daşqınla bağlı paylaşım edib. Dağıdıcı daşqınlar nəticəsində insan tələfatı ilə bağlı Sloveniyaya başsağlığı verdiyini bildirən Kluge əlavə edib ki, Avropada bir vaxtlar qeyri-sabit hava şəraiti yeni normal halına gəlib. O, iqlim böhranının sağlamlığa təsirləri ilə mübarizədə ölkələri dəstəklədiklərini vurğulayıb.

Sloveniyanın Ətraf Mühit Agentliyi də leysan yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildiyini açıqlayıb və insanlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edib. Sloveniyanın Baş naziri Robert Qolob bəyan edib ki, daşqının ölkəyə vurduğu ziyan 500 milyon avronu keçə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti