Ermənistanda qətllərin sayı 50 faiz artıb

   Ermənistanda qətllərin sayı 50 faiz artıb
  07 Avqust 2023    Oxunub:1017
Ermənistanda qəsdən adam öldürmə cinayətlərinin sayı kəskin artıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, ilin birinci yarısında 33 qətl hadisəsi qeydə alınıb, onlardan 7-si odlu silahdan istifadə etməklə törədilib.

2022-ci ilin eyni dövründə Ermənistanda 22 qətl hadisəsi qeydə alınıb, onlardan 5-i odlu silahdan istifadə ilə olub. Əvvəlki illə müqayisədə adam öldürmə hadisələrinin 50 faiz artması ölkədə cinayətkarlığın vəziyyətinin pisləşdiyini göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti