Zelenski Rusiyanı Qara dənizdə donanmasız qalmaqla hədələyib.

   Zelenski Rusiyanı Qara dənizdə donanmasız qalmaqla hədələyib.
  08 Avqust 2023    Oxunub:967
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin su yolu ilə taxıl ixracına icazə verilməsə, Rusiyanı Qara dənizdə donanmasız qalmaqla hədələyib.
"Biz xəbərdarlıq etdik ki, Ukrayna müharibə istəmir, amma atəş açsalar, bəli. Bizim çoxlu silahımız yoxdur, amma onlar belə davam etsələr, müharibənin sonuna qədər bir dənə də olsun gəmiləri qalmayacaq. Biz bunu praktikada göstərmək istəyirik”, - o, “La Nación” qəzetinin YouTube kanalında dərc olunan Latın Amerikası mediasının nümayəndələrinə müsahibəsində deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna “malların ixracı və idxalı hüququndan” istifadə etmək üçün “blokadaya son qoymağın bir yolunu tapmalıdır”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin təşəbbüsü ilə 22 iyul 2022-ci ildə Rusiya ilə Ukrayna arasında Qara Dəniz Taxıl Dəhlizi Sazişi imzalanıb. Rusiya 2023-cü il iyulun 17-də öz qida məhsullarının satışına maneələrin aradan qaldırılmadığını əsas gətirərək müqaviləni uzatmamaq qərarına gəlib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti