"Zelenskini Saakaşvilinin taleyi gözləyir" - Volodin

   "Zelenskini Saakaşvilinin taleyi gözləyir" -    Volodin
  08 Avqust 2023    Oxunub:1195
“Ukrayna prezidenti Volodimir Zelenski həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin taleyini təkrarlayacaq".
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton və Brüssel marionetlərinin taleyi həmişə eyni şəkildə bitir – onlardan xilas olurlar.

"Saakaşvili yalnız qalstuk çeynəməsi ilə yadda qalıb. O, həbsxanada qovulmuş adamdır. Növbəti yerdə Zelenski gəlir. İndi Saakaşvili Gürcüstanda prezidentlik dövründə törətdiyi cinayətlərə görə cəza çəkir. Eyni şey Zelenskini də gözləyir", - Volodin yazıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti