İstilərə görə Naxçıvanda keçiriləcək festival təxirə salındı

 İstilərə görə Naxçıvanda keçiriləcək festival təxirə salındı
  08 Avqust 2023    Oxunub:817
Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi məlumat yyaıb.

Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq. Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.

Qeyd edək ki, festivalın avqustun 25-26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 8-dən 12-nədək Azərbaycanda havanın temperaturunun yüksələcəyi ilə bağlı xəbərdarlıq edib.

AzVision.az


Teqlər: Zelenski   Rusiya  





Xəbər lenti