"Ermənilərin cəmi 0,00001 faizi döyüşə hazırdır" - Poqosyan

   "Ermənilərin cəmi 0,00001 faizi döyüşə hazırdır"    - Poqosyan
  08 Avqust 2023    Oxunub:949
Ermənistan cəmiyyətində Azərbaycana qarşı torpaq iddiaları, yeni Qarabağ müharibəsi ilə bağlı çağırışlar artmaqdadır.
Təsadüfi deyil ki, bəzi erməni ekspertlər öz xalqının xam xəyal qurduğunu etiraf edir. Məsələn, politoloq Ara Poqosyan iddia edib ki, guya “dünyanın müxtəlif bölgələrində yaşayan bütün ermənilərin dörddə biri, yəni 25 faizi cəmi 3 gün ərzində döyüşə qalxsa, o zaman 4-cü gün beynəlxalq aləmdə Qarabağ məsələsi ilə bağlı ciddi dəyişikliklər baş verər".

"Amma bizim ermənilərin cəmi 0,00001 faizi döyüşməyə hazırdır", - erməni politoloq aciz durumlarından gileylənib.

Qeyd edək ki, Poqosyan da radikal çağırışları və Azərbaycana qarşı ərazi iddiaları ilə seçilən ekspertlərdən sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Müharibə  





Xəbər lenti