Medvedev: "2008-ci ildə olduğu kimi öz şərtlərimizlə sülhə nail olacağıq”
Onun fikrincə, 15 il əvvəl Rusiya “Sxinvala edilən hücuma, təcavüzkara qətiyyətlə cavab verdi”. Medvedev qeyd edib ki, Rusiya 2008-ci ildə olduğu kimi, yenə də “öz şərtləri ilə sülhə nail olacaq”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Kerç boğazında Rusiyanın “Siq” tankerinə olan hücumda görə Ukraynanı yeni zərbələrlə hədələyib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Rusiya