Gürcüstanda ölənlərin sayı 19 nəfərə yüksəlib

 Gürcüstanda ölənlərin sayı 19 nəfərə yüksəlib
  08 Avqust 2023    Oxunub:3230
Gürcüstanın yüksək dağlıq ərazisində yerləşən Şovi kurort bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
AzVision.az Gürcüstan mediasına istinadla xəbər verir ki, xilasedicilər daha 15 nəfərin axtarışlarını davam etdirirlər.

Avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və otelə ciddi ziyan dəyib. Xilasetmə əməliyyatında 4 helikopter, həmçinin 400 yanğınsöndürən və xilasedici iştirak edir. Təbii fəlakət bölgəsindən indiyədək 210 nəfər təxliyə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti