Kadırovun qisası: Döyüşə müxalifətçilərin qohumları gedir

  Kadırovun qisası:  Döyüşə müxalifətçilərin qohumları gedir
  08 Avqust 2023    Oxunub:1649
Çeçenistanda müxalifətçilərin qohumları məqsədli şəkildə cəbhə bölgəsinə göndərilirlər. AzVision.az xəbər verir ki, bu barədə müxalif fəaliyyəti ilə seçilən hüquq müdafiəçisi Abubakar Yanqulbayev Teleqram kanalındakı hesabında məlumat yayıb.
O qeyd edib ki, artıq 4 qohumu - əmisi və 3 əmisi oğlu məcburi şəkildə Ukraynadakı müharibəyə cəlb edilib.

Həmin şəxslərdən ikisi Kadırovun yaydığı xüsusi təbliğat videosunda da görünüb. Paylaşımda avqustun 7-də Qudermesdəki qondarma “xüsusi təyinatlı universiteti"ndə hərbi hazırlıq keçdiyi iddia edilən “könüllülər” qrupunun cəbhəyə göndərilməsi barədə məlumatlar yer alıb.

Kadırovun XTQ komandanını məktubla zəhərləyiblər
Məsələni "Kavkaz.Realii" saytına şərh edən Abubakar qeyd edib ki, qohumlar əvvəlcə polis tərəfindən saxlanılıblar. Daha sonra onlar “xüsusi təyinatlı qüvvələr universiteti”nə aparılıblar. Amma həmin şəxslərin “təlim”i cəmi 2-3 gün çəkib, sonra isə dərhal "Axmat" xüsusi bölməsinə yazılaraq cəbhəyə yola salınıblar.

Hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Abubakar Yanqulbayevin sözlərinə görə, cəbhədə olan əmisi Səid-Əhməd Yanqulbayevin 55 yaşı var.

Digər qohumların adları isə Yanqulbayev Adam Səid-Eminoviç, Yanqulbayev Yusup Səid-Eminoviç, Yanqulbayev Xasan Şahidoviçdir.

O da vurğulanır ki, Xasan Qroznıda yaşamırmış. O, arvadını doğum evinə yerləşdirmək üçün şəhərə gəlibmiş. Bunu bilən hüuq-mühafizə orqanlarının əməkdaşları Xasanı qaçırıblar. Xasan iki uşaq atasıdır və onlardan biri yeni doğulub. Adamın da ailəlidir və bir övladı var. Hər ikisi hazırda Donetskdə Ukrayna ordusuna qarşı döyüşürlər.

Xatırladaq ki, 2021-ci ilin sonunda Yanqulbayevlər Çeçenistanda onlarla qohumunun oğurlandığını bəyan ediblər. Çeçenistan rəhbəri Ramzan Kadırov bu ailəni terrorçu adlandıraraq, onları təqib edəcəyini vəd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Müxalifətçi   Çeçenistan   Cəbhə  





Xəbər lenti