"Rusiya torpaqlarımızın 20 faizini işğal edib" - Zurabişvili
"Rusiya təcavüzkar və işğalçıdır. 2008-ci il müharibəsindən 15 il keçməsinə baxmayaraq, bütün beynəlxalq prinsiplərə məhəl qoymayaraq, hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayır".
Zurabişvili Gürcüstanın ərazi bütövlüyünü sülh üsulları ilə təmin edəcəyini bildirib.
Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya müharibəsi kimi tanınan münaqişələr 2008-ci ildə başlayıb və müharibədən sonra Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya regionları birtərəfli qaydada Gürcüstandan müstəqilliklərini elan ediblər.
Rusiya 2008-ci ildə bu iki regionun qondarma müstəqilliyini tanıyıb, Gürcüstan isə öz növbəsində Rusiya ilə diplomatik münasibətləri kəsib.
İki ölkə arasında diplomatik münasibətlər kəsildikdən sonra İsveçrə vasitəçilik rolunu öz üzərinə götürdü.
Aytən Zəhra
AzVision.az
Teqlər: