Ukraynanın təhlükəsizliyinin təminatına dair danışıqların tarixi açıqlanıb

   Ukraynanın təhlükəsizliyinin təminatına dair danışıqların tarixi açıqlanıb
  08 Avqust 2023    Oxunub:1040
Kiyev üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqlar avqust-sentyabr aylarında başlayacaq.
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak deyib.

"Ümid edirik ki, ilk razılaşmalar bu ilin sonuna qədər yarana bilər", - Yermak Ukrayna prezidentinin saytında bildirib.

Zelenskinin ofisinin rəhbərinin sözlərinə görə, NATO-nun Litvada keçirilən sammitində Vilnüs bəyannaməsinə qoşulan ölkələr danışıqlarda iştirak edəcək.

Qeyd olunur ki, paralel olaraq Ukrayna və ABŞ təhlükəsizlik zəmanətləri və Ukraynanın NATO-ya daxil olması ilə bağlı ikitərəfli danışıqlar aparır.

Bundan əvvəl Almaniya hökuməti Ukrayna üçün təhlükəsizlik təminatları üzərində çalışdıqlarını bildirmişdi. TASS-ın Almaniya hökumətindəki mənbəsi bildirib ki, zəmanət sazişinin əsas məqsədi Ukrayna tərəfinə mümkün “hücum” zamanı özünü müdafiə etmək imkanı vermək, habelə hadisələrin bu cür inkişafı halında Kiyevə hərbi, iqtisadi və diplomatik yardımın göstərilməsidir. Hökumətdən bildirib ki, G7-nin bütün ölkələri təminatlarla bağlı danışıqlar prosesində iştirak edir.

AzVision.az


Teqlər:





Xəbər lenti