Vaşinqton: İran PUA-ları ilə bağlı sənədləri Ukraynaya təqdim vermişik

   Vaşinqton:    İran PUA-ları ilə bağlı sənədləri Ukraynaya təqdim vermişik
  08 Avqust 2023    Oxunub:993
İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Yaponiyaya səfəri zamanı Rusiyanın Ukraynaya qarşı İran PUA-larından istifadə etməsi barədə hələ də sübut təqdim olunmadığını söyləyib.
AzVision.az xəbər verir ki, Abdullahiyanın bəyanatından dərhal sonra ABŞ Dövlət departamentinin sözçüsü Mettyu Miller bu məsələ ilə bağlı Vaşinqtonun “qəti” sübut təqdim etdiyini bildirib.

“İran hakimiyyəti İran istehsalı hissələri olan vurulmuş pilotsuz təyyarədən başqa nə dəlil istəyir? Əgər İranın Xarici İşlər naziri tərəfindən sertifikatın alınması ilə bağlı müraciət olubsa, biz onu mütləq təqdim etmişik. ABŞ münaqişə başlayandan bəri Ukraynaya aid məlumatları paylaşıb. Ukraynadan İrana sənədlərin verilməsi barədə qərar Ukrayna hakimiyyətinin əlindədir və ABŞ Kiyevlə əməkdaşlığa hazırdır”, - Miller deyib.

Qeyd edək ki, ötən həftə ABŞ Milli Müdafiə agentliyinin Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi İran PUA-ları ilə bağlı sərgi keçirməsinə baxmayaraq, İranın Xarici İşlər naziri Yaponiyaya səfəri zamanı Rusiyanın SEPAH hərbi sənayesinin istehsal etdiyi PUA-larla təchiz olunduğunu bir daha danıb.
AzVision.az


Teqlər: Vaşinqton   PUA  





Xəbər lenti