Rusiyada yaşayış binasında partlayış olub, 2 nəfər ölüb
“İki nəfər ölüb, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. Səkkiz nəfərə yerində yardım göstərilib. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb”, - deyə məlumatda qeyd olunub.
Aleksandr-Mariinski Regional Klinik Xəstəxanasının yanıq şöbəsinin müdiri Aleksandr Samsonovun verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilənlərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
“Zərərçəkənlər 1947 və 1951-ci il təvəllüdlü kişi və qadın yuxarı tənəffüs yollarının zədələnməsi ilə xəstəxanaya daxil olublar. Hazırda xəstələrin vəziyyəti ağırdır, müvafiq müalicə aparılır”, - Samsonov bəyan edib.
Qeyd edək ki, partlayış Admiral Naximov küçəsindəki ev 38, mənzil 4-də baş verib. Rusiya fövqəladə hallar xidmətindən mənzildə məişət qazının partladığı bildirilib. Partlayışdan sonra yanğın başlayıb. Yanğın ümumi sahəsi 90 kvadratmetr olan dörd mənzili bürüyüb.
AzVision.az
Teqlər: