Sanksiyalara düşən rusiyalılar və belaruslular İtaliyada yaşaya bilməyəcək
İtaliyada Avropa İttifaqına daxil olmayan vətəndaşlar üçün “Qızıl viza” adlanan vizalar 2017-ci ildən verilməyə başlanıb ki, bu proqram çərçivəsində arzu edənlər investisiya müqabilində İtaliyada yaşayış icazəsi ala bilərdilər.
Avropa Komissiyası Ukraynada müharibə başlayandan sonra belə proqramları arzuolunmaz adlandırıb. Əsasən ona görə ki, sanksiyalara məruz qalan Rusiya və Belarus vətəndaşları bu cür proqramlar sayəsində Avropa İttifaqı ölkələrində məskunlaşa bilər.
AzVision.az
Teqlər: