İyul tarixin ən isti ayı olub
Kopernik məlumatları göstərir ki, 2023-cü ilin iyul ayı qlobal miqyasda ən isti ay olub və ay ərzində bir çox rekordlar qırılıb. 2023-cü ilin tarixdə ən isti il olma ehtimalı da artır.
Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Carlo Buontempo rekord qıran temperaturların qlobal istiləşmənin bir parçası olduğunu qeyd edib: “İyul ayı rekordunun bu il təcrid olunmuş vəziyyətdə qalması ehtimalı azdır. Mövsümi proqnozlar göstərir ki, kontinental ərazilərdə temperatur orta səviyyədən xeyli yüksək olacaq.
Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Prof.Petteri Taalas iyul ayında milyonlarla insana təsir edən ekstremal hava şəraitinin iqlim dəyişikliyinin kədərli reallığı və gələcəyin xəbərçisi olduğunu bildirib: ,"İqlim hərəkəti lüks deyil, zərurətdir", deyə o qeyd edib.
Copernicus İqlim Dəyişikliyi Xidmətinin məlumatları göstərir ki, hazırda qış olan Cənub Qütbündəki dəniz buzu peyk müşahidələri başlayandan bəri ən aşağı səviyyədədir.
Aytən Zəhra
AzVision.az
Teqlər: