Yaponiya Rusiyaya bəzi avtomobillərin idxalını qadağan edib

   Yaponiya Rusiyaya bəzi avtomobillərin idxalını qadağan edib
  09 Avqust 2023    Oxunub:770
Yaponiyada mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərin və hibrid nəqliyyat vasitələrinin Rusiyaya ixracına qoyulan qadağa avqustun 9-dan qüvvəyə minib.
Məhdudiyyətlərlə bağlı qərar iyulun 28-də növbəti anti-Rusiya sanksiyalar paketi çərçivəsində qəbul edilib. Qadağa həm yeni, həm də işlənmiş avtomobillərə şamil olunub. Bütövlükdə isə Yaponiyadan Rusiyaya yeni avtomobillərin tədarükü 2022-ci ildə dayandırılıb.

Bundan başqa Yaponiyadan Rusiyaya yük maşınlarının təkərləri, avtomobil oturacaqları, avtomobil kilidləri və s. ixrac etmək qadağandır. Dilerlər idxal qadağasından sonra Rusiyada yapon avtomobillərinin 15% bahalaşacağını gözləyirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti